Gree – Şirkətin təqdimatı

20 il ərzində Gree Qlobal iqlimləndirmə sektorunda kiçik bir soyutma fabrikindən lider olma yolunda inkişaf etmişdir. Gree-nin 3 milyon dollardan daha az olan illik dövriyyəsi 20 il ərzində 21 milyard dollara qədər artmışdır. Gree məişət kondisionerləri, mərkəzi sistem kondisionerləri, çillerlər və s. Bu kimi məhsullardan təşkil olunan 20 kateqoriyalı, 400 serialı, 12 700 modellə böyük bir məhsul çeşidinə sahibdir. Gree 1Hz inverter kondisionerləri, ətraf mühitin mühafizəsi nəzərə alınan R290 kondisionerləri, özünə məxsus DC inverter, RF16W və bir çox modelləri ilə iqlimləndirmə sənayesisnin inkişafını formalaşdırmışdır. Təşkilatın inkişaf gücü texnologiyadır. Böyümə müddəti ərzində Gree hər zaman Çin malı deyimindən Çində yaradılmışdır söyləminə dönüşmək üçün innovasiya və təməl texnologiyalarda ixtisaslaşmada qərarlı olmuşdur. Gree-nin tərkibində 8000 texnik, 2 beynəlxalq texnologiya araşdırma mərkəzi, 6 institut, 52 araşdırma mərkəzi və 570-dən çox labaratoriyası mövcuddur. 20 il ərzində Gree hər zaman texnoloji araşdırmalar aparmış və bir çox yeniliklərə imza atmışdır. 2011-ci ildə Gree “Çin beynəlxalq elm və texnologiyanın inkişafı təşkilatı tərəfindən 1Hz inverter texnologiyası mükafatına layiq görülmüşdür”. Gree bu mükafata sahib olan yeganə profesional iqlimləndirmə quruluşudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *